Karate üzrə Azərbaycan çempionatı başlayıb
“Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə və gənclər arasında 17-ci, böyüklərin isə 24-cü karate üzrə Azərbaycan çempionatı başlayıb.

Yarış Gənclər və İdman Nazirliyi, Karate-do Federasiyası Assosiasiyası (AKFA) və Milli Karate Federasiyasının (MKF) təşkilatçılığı ilə keçirilir.
Yarışın ilk günündə bütün yaş kateqoriyalarında şəxsi kata, həmçinin böyüklər arasında fərdi kumite yarışları keçirilir. Fərdi yarışlarında kişilər 60, 67, 75, 84, 84 kiloqramdan yuxarı, qadınlar isə 50, 55, 61, 68 və 68 kiloqramdan yuxarı çəki dərəcələrində birincilik uğrunda mübarizə aparırlar.

Yeni qaydalara əsasən, kumite yarışlarında döyüş zamanı xallara məhdudiyyət qoyulmur, döyüş vaxtı bitdikdə daha çox xal toplamış idmançı qələbə qazanır. Döyüş zamanı 8 xal üstünlük əldə edildikdə döyüş dayandırılır və üstünlüyə malik idmançı təmiz qələbə qazanır.
Qalib və mükafatçılar AKFA və MKF-nin təsis etdiyi kubok, medal və diplomlarla təltif olunacaqlar.

Xəbər 713 dəfə oxundu.