Qarabağda ciddi itkilər
Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda qarşılaşacağı İtaliya "Fiorentina"sı ilə ev oyununa ciddi itkilərlə çıxacaq. Ağdam klubunun kapitanı Rəşad Sadıqovun zədə səbəbindən ili vaxtından əvvəl başa vurduğu hələ bir müddət öncə bəlli idi.

Onunla yanaşı, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü Maksim Medvedev və Migel Madera da buraxacaq. Buna səbəb onların ötən gün Çexiya "Slovan"ı ilə oyunda növbəti sarı vərəqə alaraq cəzalı duruma düşməsidir.


Xəbər 676 dəfə oxundu.