Elano Blumer karyerasını bitirməyə qərar verib
Braziliya yığmasının sabiq futbolçusu, “Santos”un yarımmüdafiəçisi Elano Blumer karyerasını bitirməyə qərar verib.

Yarımmüdafiəçi bildirib ki, gələn ildən “Santos”da köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, 35 yaşlı idmançı 2004-2011-ci illər ərzində Braziliya yığmasında 50 oyunda 9 qol vurub. Elano karyerası ərzində “Mançester Siti”, “Qalatasaray” və “Şaxtyor” kimi klubların da formasını geyinib.

Xəbər 775 dəfə oxundu.