“Araz” futzal klubu UEFA kubokunun elit-raund mərhələsində ikinci oyununu keçirib
Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində Azərbaycan çempionu “Araz” ikinci oyununu keçirib.

Təmsilçimiz Xorvatiyada Rusiyanın “Uqra” komandası ilə qarşılaşıb. Oyun 4:0 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə başa çatıb.

“Araz” son oyunda Almaniyanın “Hamburq” komandası ilə qarşılaşacaq. Oyun noyabrın 26-da Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.

Xəbər 820 dəfə oxundu.