Dünya çempionatında uğurla çıxış edən veteran cüdoçularımız Vətənə qayıdıblar
Veteran cüdoçular arasında ABŞ-ın Mayami şəhərində keçirilən dünya çempionatında uğurla çıxış edən idmançılarımız Vətənə qayıdıblar.

Mundialda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan milli komandamızın üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri və azarkeşlər qarşılayıblar.

Dünya çempionatında Fərhad Rəcəbli və Zaur Paşayev qızıl, Zülfiyyə Hüseynova, Zaur Bağırov gümüş, Mübariz Cəfərov isə bürünc medal qazanıblar.

Xəbər 654 dəfə oxundu.