Qarabağ Slovanla üz-üzə - heyətlər
Bu gün Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilir. Azərbaycan çempionu "Qarabağ" da növbəti sınağına çıxacaq.

J qrupunda mübarizə aparan Qurban Qurbanovun çalışdırdığı komandamız səfərdə Çexiya "Slovan"ı ilə qarşılaşacaq. Nəinki öz, hətta Azərbaycan futbolu tarixində ilk dəfə pley-offa vəsiq qazanmağa yaxın olan Ağdam klubu Liberetsdə ən azı uduzmamağa çalışmalıdır.

Qrupun digər oyununda İtaliyanın "Fiorentina" klubu Yunanıstan PAOK-unu qəbul edəcək.

Avropa Liqası
J qrupu
24 noyabr

22:00. “Slovan” - “Qarabağ”
Baş hakim: Stefan Yohannesson (İsveç).
Liberets. “U Nişi” stadionu.

"Slovan": 19. Martin Dubravka, 2. Radim Breyte, 4. Andrey Karafiat, 5. Vladimir Çoufal, 10. Zdenek Folprext, 21. Nikolay Komliçenko, 22. Petr Şevçik, 23. Eqon Vux, 26. Lukaş Bartoşak, 28. Ubonq Ekpay, 29. Lukaş Pokornı (k).
Ehtiyat oyunçular: 17. Vatslav Qladki, 9. Yan Navratil, 13. Miroslav Markoviç, 14. Andrey Blaqa, 16. İqor Sukennik, 18. İlya Kubışkin, 24. Daniel Bartl.
Baş məşqçi: İndrjix Trpişovski.
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Migel Madera, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 9. Reynaldo, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbər 747 dəfə oxundu.