Payız turniri başa çatdı, Zirvə çempion oldu
AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və Bakcell şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitməqüsurlu əlillər arasında keçirilən futzal üzrə “Payız turniri” başa çatıb. Turnirin qalibi “Zirvə” komandası olub.

“Birlik” 2-ci, “Şimşək” isə 3-cü yeri tutub. “Birlik” komandasından Mürşüd Hüseynov ən yaxşı qapıçı, “Zirvə” komandasından Güləli Baxşiyev isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu “Zirvə” komandasının üzvü Nurlan Fətullazadə olub.

Xəbər 659 dəfə oxundu.