Bakının ABU həndbol klubu Polşanın “Kram Start Elbalg” komandası ilə qarşılaşacaq
Vyanada Avropa Həndbol Federasiyasının iqamətgahında qadın həndbolçular arasında “Çelenc Cup” beynəlxalq turnirinin səkkizdəbir final mərhələsinin püşkü atılıb.

Turnirdə mübarizə aparan yeganə təmsilçimiz ABU komandasının da rəqibi müəyyənləşib. Növbəti mərhələdə Bakı təmsilçisi Polşanın “Kram Start Elbalg” klubu ilə qarşılaşacaq.

Mübarizəyə üçüncü təsnifat mərhələsindən qoşulan ABU Belçikanın “Femine Vize” komandasını yarışdan kənarlaşdırıb.

Səkkizdəbir final mərhələsinin ilk qarşılaşmaları gələn il fevralın 4-5-də, cavab oyunları isə 1 həftə sonra keçiriləcək.

Xəbər 806 dəfə oxundu.