FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb
FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Ötən ayla müqayisədə Azərbaycan milli komandası 2 pillə geriləyərək 386 xalla 90-cı pillədə qərarlaşıb.

Dünyanın ən güclü 10 komandasının mövqeyində də müəyyən dəyişikliklər olub. Argentina zirvədə qalsa da, Almaniya ikinci sıranı əldən verib. Nəticədə Braziliya ikinci yerə yüksəlib. Bundan başqa, Çili 2 pillə irəliləyərək dördüncü olub. Belçika və Kolumbiya 1 pillə geriləyərək, müvafiq olaraq 5 və 6-cı yerə yuvarlanıblar.

Xəbər 850 dəfə oxundu.