Qaret Beylin növbəti oyununu buraxmalı olacaq
Madrid “Real”ının futbolçusu Qaret Beylin “El-Klasiko”da iştirak edib-etməyəcəyi dəqiqləşib.

Belə ki, Beylinin “Barselona” ilə qarşılaşmanı buraxmalı olacağı bildirilib.

Topuğundan ciddi zədə alan uelsli yarımmüdafiəçinin əməliyyat olunacağı istisna edilmir. Bu barədə həkimlər yaxın 2 gün ərzində məlumat verəcəklər. Əgər əməliyyata ehtiyacı olmasa, ulduz futbolçu dekabrın ortalarında yaşıl meydana qayıdacaq. Əks təqdirdə isə qayıdışı gələn ilə təsadüf edəcək.

Qeyd edək ki, “Barselona” – “Real” matçı dekabrın 3-də keçiriləcək.

Xəbər 768 dəfə oxundu.