Qadın boksçularımız qızıl medal uğrunda rinqə çıxacaqlar
Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatının final yarışları keçiriləcək.

Turnirdə 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova finalda bolqarıstanlı Stanimira Petrova ilə qarşılaşacaq. Yelena Vstropova (69 kq) isə qızıl medal uğrunda Türkiyə idmançısı Sema Çalışkan ilə üz-üzə gələcək.

Səksən bir kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Leyla Cavadova və ən ağır çəkidə (+81 kq) mübarizə aparan Aynur Rzayeva Avropa çempionatını bürünc medalla başa vurublar.

Xəbər 701 dəfə oxundu.