Sumqayıt istirahəti başa vurub məşqlərə start verdi
Premyer Liqanın son turunda "Neftçi" üzərində qələbə qazanan "Sumqayıt" 2 günlük istirahəti başa vurub. Sözügedən komana bu gün "Kapital Bank Arena"da AZAL-la qarşılaşmanın hazırlığına start verib.

Son oyunda zədə almış Rail Məlikov və U-21 millisindən zədəli qayıdan Yusif Nəbiyev kollektivdən ayrı çalışıb.

"Sumqayıt" FK-nın növbəti məşqi noyabrın 24-də saat 11-də olacaq.

Qeyd edək edək ki, Premyer Liqanın 13-cü turunda AZAL Arenada baş tutacaq AZAL - "Sumqayıt" oyunu noyabrın 27-də keçiriləcək və saat 16:00-da start götürəcək.

Xəbər 749 dəfə oxundu.