Bakı Marşal Klubunun əməkdaşları Bəhreyndə səfərdə olublar
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubunun 28 nəfərdən ibarət heyəti Bəhreyndə olub.

Səfər çərçivəsində klub üzvləri Bəhreyn treki və yarış idarəetmə mərkəzi ilə yaxından tanış olub, eyni zamanda Bəhreyndə keçirilən dünya dayanıqlıq çempionatının altı saatlıq yarışında marşal qismində iştirak ediblər.

Nümayəndə heyətinə başçılıq edən klubun rəhbəri Çingiz Mehdiyev səfərin məhsuldar keçdiyini bildirib: “Bu, bizim Bəhreynə sayca üçüncü səfərimizdir. On ildən çoxdur ki, Bəhreyn Beynəlxalq Treki hər il müxtəlif beynəlxalq avtomobil yarışlarına ev sahibliyi edir. Bəhreynli marşallar böyük təcrübəyə malikdirlər və biz onlarla sıx əməkdaşlıq edirik. Onlar bizim marşallar üçün təlimlər təşkil edir, öz bilik və təcrübələrini bizimlə paylaşırlar. Artıq Bakı Marşal Klubunun nümayəndələri yetərincə təcrübə əldə ediblər və Bəhreyndə təşkil olunmuş bu yarışda klubumuzun üzvləri bəhreynli həmkarları ilə birlikdə öz vəzifələrinin öhdəsindən layiqincə gəliblər”.

Xəbər 710 dəfə oxundu.