Qarabağ bu gün Çexiyaya yola düşür
Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Slovan"la qarşılaşmalı olan "Qarabağ" bu gün Çexiyaya yola düşür. Qurban Qurbanovun komandası saat 17:00-da Praqaya yola düşəcək.

Oradan isə avtobusla matçın keçiriləcəyi Liberetsə üz tutacaqlar.

Sabah baş məşqçi Qurban Qurbanovun yerli vaxtla saat 18:30-da mətbuat konfransı baş tutacaq. 19:00-da isə komandamız oyunun keçiriləcəyi stadionda son məşqə çıxacaq.

Xəbər 708 dəfə oxundu.