Spartakiadanın qalibləri mükafatlandırılıblar
Noyabrın 22-də Bakı şəhər məktəbliləri arasında keçirilmiş XXVIII spartakiadanın bağlanış mərasimi olub.

Tədbirdə çıxış edənlər ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğıdan danışıb, sağlam nəslin yetişməsi baxımından belə yarışların əhəmiyyətini diqqətə çatdırıblar.

Qeyd edək ki, Bakı şəhər məktəbliləri arasında keçirilən XXVIII spartakiadada 747 idmançı (511 oğlan, 236 qız) iştirak edib. Spartakiadanın yekun nəticələrinə görə Xətai rayonu 21 xalla birinci, Sabunçu rayonu 34 xalla ikinci, Suraxanı rayonu 41 xalla üçüncü, Qaradağ rayonu 41 xalla dördüncü, Yasamal rayonu 44 xalla beşinci, Nəsimi rayonu 51 xalla altıncı, Nərimanov rayonu 55 xalla yeddinci, Səbail rayonu 56 xalla səkkizinci, Binəqədi rayonu 61 xalla doqquzuncu, Nizami rayonu 63 xalla onuncu, Xəzər rayonu 93 xalla on birinci yeri tutub.

Sonda spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışlarda birinci, ikinci və üçüncü yerləri tutan rayon komandalarının nümayəndələri kubok və müvafiq dərəcəli diplomlarla təltif olunublar.

Xəbər 584 dəfə oxundu.