Azərbaycan klublarının Çempionlar Liqasının qrup mərhələsində rəqiblərini qəbul edəcəyi məkanlar müəyyənləşib
Bakının qadınlardan ibarət “Azərreyl” və “Telekom” voleybol klublarının Çempionlar Liqasının qrup mərhələsində rəqiblərini qəbul edəcəyi məkanlar müəyyənləşib.

“Azərreyl” ev oyunlarını Azərbaycan Voleybol Mərkəzində keçirəcək. Təmsilçimizin doğma meydanda keçirəcəyi hər 3 görüşü saat 18:00-da başlayacaq.

“Telekom” isə yerli azarkeşlər önündə saat 17:00-da oynayacaq. Görüşlər “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.

Xəbər 890 dəfə oxundu.