“Sent-Etyen” bir futbolçusu ilə yeni müqavilə imzaladı
Avropa Liqasında “Qəbələ” ilə eyni qrupda çıxış edən “Sent-Etyen” bir futbolçusu fransalı Stefan Ruffye ilə sözləşməsinin müddətini uzadıb.

Yeni razılaşmaya əsasən, təcrübəli qapıçı 2021-ci ilə qədər “Sent-Etyen”in formasını geyinəcək.

Qeyd edək ki, 30 yaşlı qolkiper 2011-ci ildən “Sent-Etyen”in formasını geyinir.

Xəbər 760 dəfə oxundu.