Lənkəranda yeniyetmələr və gənclər arasında futbol üzrə zona yarışları keçirilir
Lənkəranda yeniyetmələr və gənclər arasında futbol üzrə Azərbaycan çempionatının zona yarışları keçirilir.

AFFA-nın təşkilatçılığı ilə Lənkəran Uşaq Gənclər İdman Məktəbinin meydançasında keçirilən zona birinciliyində Astara, Lənkəran və Masallı rayonlarını təmsil edən 25 komanda qələbə uğrunda mübarizə aparır.

Çempionatın zona mərhələsində artıq 6 tur geridə qalıb. Hava şəraiti ilə əlaqədar təxirə salınmış qarşılaşmalar da oynanılıb.

AFFA-nın cənub zonası üzrə nümayəndəsi Rövşən Süleymanov bildirib ki, çempionat 5 yaş qrupunda keçirilir. 2017-ci ilin fevral ayında zona yarışlarının final mərhələsi olacaq. Qaliblər apreldə Bakı şəhərində final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Cəlilabadda isə Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarını təmsil edən komandalar zona yarışlarında mübarizə aparır.

Qeyd edək ki, yarışlar AFFA-nın təyin etdiyi hakimlər briqadası tərəfindən idarə olunur.

Xəbər 618 dəfə oxundu.