Bu gün ABU həndbol klubunun növbəti rəqibi müəyyənləşəcək
Qadın həndbolçular arasında “Çelenc Cup” beynəlxalq turnirinin səkkizdəbir final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Üçüncü təsnifat mərhələsində Azərbaycanın ABU klubu Belçikanın “Femine Vize” komandasından üstün olub.

Komandamız növbəti oyununda daha güclü kollektivlə qarşılaşacaq. Artıq səbətlər də bəlli olduğundan bəxtimizə Çexiya, İspaniya, Hollandiya, Polşa, İsveç və Ukrayna təmsilçilərindən biri düşəcəyi dəqiqləşib.

Püşkatma mərasimi bu gün Vyanada təşkil olunacaq. İlk qarşılaşmalar fevralın 4-5-də, cavab oyunları 1 həftə sonra keçiriləcək.

Xəbər 661 dəfə oxundu.