Veteran cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb
ABŞ-ın Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.

M-4 kateqoriyası üzrə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Mübariz Cəfərov mundialın bürünc medalına sahib olub. Dünya çempionatında keçirdiyi altı görüşdən yalnız birində uduzan Azərbaycan təmsilçisi bürünc medal uğrunda qarşılaşmada Rusiya idmançısına qalib gəlib.

Qeyd edək ki, buna qədər Azərbaycan millisi veteranların dünya çempionatında iki qızıl medal qazanıb. Fərhad Rəcəbli və Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar.

Xəbər 755 dəfə oxundu.