Azərbaycanlı idmançı muay-tay üzrə dünya çempionu olub
Fransanın Marsel şəhərində idmanın muay–tay növü üzrə dünya çempionunun kəməri uğrunda döyüş keçirilib.

79,3 kiloqram çəki dərəcəsində çıxış edən azərbaycanlı idmançı Alim Nəbiyev fransalı Yohan Lidon ilə qarşılaşıb. “Qəbələ” idman klubunun təmsilçisi beş raund davam edən döyüşdə xal hesabı ilə qalib gələrək WMS versiyası üzrə dünya çempionu adını qazanıb.

Xəbər 729 dəfə oxundu.