Qadın voleybolçularımızın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşib
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək sonuncu dörd klub müəyyənləşib. Belə ki, “Əczaçıbaşı” (Türkiyə), “Dabrova Qornitsa” (Polşa), “Modena” (İtaliya) və “Dinamo” (Krasnodar, Rusiya) klubları növbəti mərhələdə oynamaq şansı əldə ediblər.

Bu klublardan “Dabrova Qornitsa” komandası “Azərreyl”, “Modena” kollektivi isə “Telekom” komandası ilə qarşılaşacaq.

“Dəmiryolçular”ın “C” qrupunda digər rəqibləri “Sen-Rafael” (Fransa) və “Fənərbağça” (Türkiyə) komandalarıdır.

“Rabitəçilər” isə “A” qrupunda, həmçinin “Ximik” (Polşa) və “Konegliano” (İtaliya) klubları ilə yarışacaqlar.

Xəbər 620 dəfə oxundu.