Mübariz Cəfərov bürünc mükafata sahib çıxıb | |
Cüdo üzrə millimiz ABŞ-ın Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında daha bir medal qazanıb. M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində mübarizə aparan Mübariz Cəfərov bürünc mükafata sahib çıxıb. Dünya çempionatında keçirdiyi 6 görüşdən yalnız birində uduzan təmsilçimiz 3-cü yer uğrunda qarşılaşmada Rusiya idmançısına qalib gəlib. Qeyd edək ki, buna qədər Fərhad Rəcəbli və Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək, dünya çempionu olublar. |
|
Xəbər 993 dəfə oxundu. |
|
|