Boksçularımız Avropa çempionatının yarımfinalına yüksəldi
Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatıda boksçularımız 4 bürünc medal qazanıblar.

Belə ki, 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova isveçli Yelena Envallla (İsveç) döyüşdən qalib ayrılıb – 3:0 (40:36; 40:36; 40:36). Anna yarımfinalda Delfin Mançini (Fransa) ilə üz-üzə gələcək.

Yığmamızın liderlərindən olan Yelena Vıstropova da Annadan geri qalmayıb. 69 kq çəki dərəcəsində rinqə çıxan boksçumuz Assunta Kanforanı (İtaliya) mübarizədən kənarlaşdırıb. Onun növbəti rəqibi rusiyalı Səadət Abdullayevanı sınağa çəkəcək.

Leyla Cavadova (81 kq) isə 1/4 finalda Lusia Brklyasanı (Xorvatiya) məğlub edib – 3:0 (39:37; 39:37; 39:37). Cavadova final üçün Elif Güneri (Türkiyə) sınağa çəkəcək.

Yarımfinala yüksələn 4-cü boksçumuz isə Aynur Rzayevadı (+ 81 kq). O, 1/4 finalda İrina Vinnik (Ukrayna) üzərində texniki qələbə qazanıb. Rzayeva növbəti qarşılaşmada Zemfira Maqomedaliyeva (Rusiya) ilə döyüşəcək. Digər boksçularımız isə mübarizəni dayandırıblar.

Qeyd edək ki, 1/2 final qarşılaşmaları sabah olacaq.

Xəbər 714 dəfə oxundu.