İdmançılarımız pankration üzrə dünya çempionatında 4 qızıl medal qazandılar
İtaliyanın Eboli şəhərində keçirilən pankration üzrə dünya çempionatında Azərbaycan idmançıları 4-ü qızıl və 1-i gümüş olmaqla ümumilikdə beş medal qazanıblar.

“Neftçi İdman Klubu”nun yetirmələrindən Pərviz Qasımov (53 kq), Ömər Mutayev (78 kq), Amil Məhərrəmli (85 kq), Seymur Quliyev (93 kq) qızıl, Xəyalə Əsgərova (57 kq) isə gümüş medal qazanıblar.

Qeyd edək ki, dünya çempionatında 43 ölkənin idmançıları iştirak edib.

Xəbər 716 dəfə oxundu.