“İnter” “AZAL”ı böyük hesabla məğlubiyyətə uğradıb
Noyabrın 20-də futbol üzrə Topaz Premyer Liqasında XII turun növbəti matçı oynanılıb.

İkinci oyun günündə turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “İnter” autsayder “AZAL”ı sınağa çəkib. Paytaxt derbisində sevinən tərəf meydan sahibləri olub–3:0.

“İnter”in heyətində 22-ci dəqiqədə Ruslan Abışov, 56-da İlkin Qırtımov və 65-də isə Slavik Alxasov fərqləniblər.

Beləliklə, “İnter” üçüncü pillədəki yerini möhkəmləndirib, “Təyyarəçilər” isə 4 xalla sonuncu yerdə qərarlaşıblar.

Xəbər 720 dəfə oxundu.