Bu gün Topaz Premyer Liqasında XII tura yekun vurulacaq
Bu gün Topaz Premyer Liqasında XII tura yekun vurulacaq.

Keçiriləcək son iki qarşılaşmadan biri Sumqayıtda, digəri isə paytaxtda baş tutacaq.

Turnir cədvəlinin qonşuları “Neftçi” və “Sumqayıt” ikinci oyun günündə meydana çıxacaq. Baş tutacaq qarşılaşmada “Neftçi” rəqibini arxada qoymağa çalışacaq. Bunun üçün Elxan Abdullayevin yetirmələri 3 xal əldə etməlidi.

Həftəyə isə paytaxt derbisi ilə yekun vurulacaq. Liderləri izləyən “İnter” çempionatın autsayderi AZAL-ı qəbul edəcək. 15 turdu qələbəyə həsrət qalan qonaqlar sensasiya ümidi ilə “İnter Arena”ya çıxacaq. “Bankirlər” isə mükafatlar uğrunda mübarizədə vacib xallar qazanmalıdı.

Xəbər 760 dəfə oxundu.