İtaliya A seriyasında XIII turun oyunları keçiriləcək
İtaliya A seriyasında XIII turun oyunları keçiriləcək.

Bu gün turun 3 qarşılaşması baş tutacaq. Lider “Yuventus” autsayderlər zonasında qərarlaşan “Peskara”nı sınağa çəkəcək.

“Roma”nı çətin “Atalanta” səfəri gözləyirsə, “Napoli” Udinedə “Udineze” ilə münasibətlərinə aydınlıq gətirəcək.

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Fiorentina” aşağı sıralarda qərarlaşan “Empoli” ilə səfərdə qarşılaşacaq.

Turun əsas qarşılaşması “Milan”la “İnter” arasında keçiriləcək.

Xəbər 781 dəfə oxundu.