“Qəbələ” komandası “Zirə”ni minimal hesabla məğlub edərək çempionatda liderliyini qoruyub
Noyabrın 19-da futbol üzrə Topaz Premyer Liqasının XII turuna start verilib.

Turun açılış görüşü Qəbələdə oynanılıb. Paytaxtın “Zirə” komandasını qəbul edən “Qəbələ” minimal hesabla qalib gəlib. Oyunda yeganə qolu qarşılaşmanın 52-ci dəqiqəsində Filip Ozobiç vurub.

Roman Qriqorçukun yetirmələri bu qələbə sayəsində xallarının sayını 28-ə çatdıraraq çempionatda liderliyi davam etdirirlər.

“Zirə” isə 14 xalla dördüncü pillədə qərarlaşıb.

Xəbər 686 dəfə oxundu.