“Azəryol” və “Telekom” qarşılaşmasının qalibi tay-brekdə müəyyənləşib
Noyabrın 19-da qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci dövrənin ilk qarşılaşması keçirilib.

“Azərreyl” Voleybol Mərkəzində “Azəryol” və “Telekom” komandaları qarşılaşıb. İlk iki seti “rabitəçilər” aktivlərinə yazıblar - 26:24 və 25:13. Üçüncü və dördüncü setlərdə qalib gələn “dəmiryolçular” oyunda hesabı bərabərləşdiriblər - 31:29 və 25:18. Qarşılaşmada qalib beşinci setdə məlum olub. Daha dəqiq oynayan “Telekom” komandası seti 15:9 hesabı ilə qalib başa vuraraq, oyunda qələbə qazanıb - 3:2.

Xəbər 631 dəfə oxundu.