Kəpəz Qarabağla oyuna itkilərlə çıxacaq
Topaz Premyer Liqasının 12-ci turunda “Qarabağ”ın qonağı olacaq “Kəpəz” ötən gün keçirdiyi məşqlə oyunun hazırlığını başa vurub. Gəncə təmsilçisi Ağdam klubu ilə matça itkilərlə çıxacaq.

“Sarı-göylər”in bir futbolçusu cəzalı, iki üzvü isə zədədən yeni qayıtdığından oyundan kənarda qalacaq.

Ötən tur “Sumqayıt”la ev görüşündə qırmızı vərəqə alan Kərim Diniyev cəza dövrünü başa vurmalıdır. Uzun müddət zədəli olan Şəhriyar Əliyev ilə Dario Federiko isə matça tam hazır olmadığından oynaya bilməyəcək.

Xəbər 712 dəfə oxundu.