Roy Cons Vasili Lomaçenkonu Menni Pakyao ilə müqayisə edib
Dörd çəki dərəcəsində sabiq dünya çempionu Roy Cons (ikinci) WBO versiyası üzrə yüngülvari çəki dərəcəsində dünya çempionu, filippinli Menni Pakyaonu WBO versiyası üzrə ikinci yarımyüngül çəki dərəcəsində dünya çempionu, ukraynalı Vasili Lomaçenko ilə müqayisə edib.

Bu əfsanəvi boksçu deyib: “Menni rinqdə tullanıb-düşür, gah rəqibinə yaxınlaşır, gah ondan uzaqlaşır. Bunu özünüz də görə bilərsiniz. Lomaçenkonun ayaqları daha yaxşı işləyir, lakin Pakyao güclü zərbə vurur. Onlar fərqli boksçulardır. Pakyaonun qəribə oyun ritmi var, onun hərəkətlərini öncədən hiss etmək çox çətindir. Lomaçenko isə tamam başqa adamdır. Mənim fikrimcə, onlar yüngül çəki dərəcəsində qarşılaşa bilərlər”.

AZƏRTAC

Xəbər 643 dəfə oxundu.