Leypsiq komandası Bundesliqada liderliyi ələ keçirərək tarix yazıb
“Leypsiq” komandası futbol üzrə Almaniya çempionatında - Bundesliqada liderliyi ələ keçirərək klub tarixində yeni rekord müəyyənləşdirib. Bundesliqada ilk dəfə mübarizə aparan klub çempionatın 11-ci turunda səfərdə “Bayer Leverkusen” komandasını 3:2 hesabı ilə məğlub edərək liderliyə yüksəlib.

Çempionatda ikinci yerdə qərarlaşan və bir oyun az keçirən “Bavariya” noyabrın 19-da səfərdə “Borussiya Dortmund” üzərində qələbə qazana bilməsə “Leypsiq” liderliyini möhkəmləndirəcək.

“Leypsiq” 11 turdan sonra məğlubiyyətsizlik seriyasını davam etdirir. Komanda bu oyunlardan səkkizində qalib gəlib, üçündə isə heç-heçə edib.

Xəbər 770 dəfə oxundu.