PFL oktyabrın ən yaxşı qolunun müəllifini mükafatlandırdı
Peşəkar Futbol Liqasının layihəsi olan “I Divizionda ayın ən yaxşı qolu” nominasiyasında ikinci qalib mükafatlandırıldı. Jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, “Zaqatala”nın futbolçusu Emin Mehtiyevin MOİK-in qapısından keçirdiyi top oktyabr ayının ən yaxşı qolu seçildi.

Pul mükafatını (500 AZN) və xüsusi hədiyyəni bu gün keçirilən “Zaqatala” – “Ağsu” oyunundan öncə Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov təqdim etdi.

Xəbər 736 dəfə oxundu.