Fabian Fray və Denni Latza yenidən komandanın heyətində
Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən olan “Maynts”ın iki futbolçusu - Fabian Fray və Denni Latza komandasına yenidən qayıdıb.

İsveçrəli yarımmüdafiəçi Fray bir müddət idi ki, zədədən əziyyət çəkirdi. Onun Bundesliqanın növbəti turu çərçivəsində “Frayburq”la matçda iştirak edəcəyi gözlənilir. Dayaq yarımmüdafiəçisi Denni Latza da zədəsini sağaldaraq, yarım illik fasilədən sonra komanda ilə məşqlərə yenidən başlayıb.

Xəbər 820 dəfə oxundu.