Aleksandra Çrnçeviç Moskva “Dinamo”su ilə müqavilə imzaladı
Tarixin yaddaşına köçən “Lokomotiv”in sabiq voleybolçusu Aleksandra Çrnçeviç özünə yeni iş yeri tapıb.

Serbiyalı hücumçu karyerasını bundan sonra Rusiyada davam etdirmək qərarına gəlib. O, 2017-ci ilin mayınadək Moskva “Dinamo”su ilə müqavilə imzalayıb.

Qeyd edək ki, 2015/2016 mövsümündə “dəmiryolçular”la Azərbaycan Super Liqasının bürünc medalını qazanan Çrnçeviç mövsümün əvvəlində Türkiyənin “Nilüfər Bələdiyyəspor” klubu ilə razılıq əldə etmişdi. Lakin 1 aydan sonra problem səbəbindən komandadan ayrıldı.

Xəbər 808 dəfə oxundu.