Boksçularımız uğurlu startla başladı
Sankt-Peterburqda gənc boksçular arasında dünya birinciliyi davam edir. Yarışın ilk günündə millimizin 2 üzvü rinqə çıxıb.

Boksçularımızdan Ramazan Abdullayev (56 kq) ispaniyalı Yordan Kamaço ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada həmyerlimizin 3:2 hesabı ilə qələbə qazanıb. Digər təmsilçimiz Məhəmməd Abdullayev (+91 kq) asanlıqla mərhələ adlayıb. İdmançımız litvalı Marek Korolkovu 5:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Ramazan Abdullayev 1/16 finalda puerto-rikalı Xavier Aponte ilə döyüşəcək. Görüş sabah olacaq. Məhəmməd Abdullayev isə 1/8 finalda Şihi Kevinlə (İrlandiya) qüvvəsini sınayacaq. Döyüş noyabrın 22-də baş tutacaq.

Bu gün isə “Sibur Arena”da daha 3 təmsilçimiz gücünü yoxlayacaq. Ruslan Rüstəmov (52 kq) Sebastian Arbuzu (Rumıniya), Bəxtiyar Qazabəyov (64) Bəhruz Rəhmanovu (Özbəkistan) və Elxan Əliyev (81 kq) Reyal Purini (Hindistan) sınağa çəkəcək.

Qeyd edək ki, yığmamız mundialda 11 çəkidən 10-da təmsil olunur.

Xəbər 914 dəfə oxundu.