Robbi Kin ABŞ klubunu tərk etmək qərarına gəlib
“Los-Anceles Qalaksi”nin hücumçusu Robbi Kin ABŞ klubunu tərk etmək qərarına gəlib.

Ulduz futbolçu gələn ay başa çatacaq mövsümün sonunda klubundan ayrılmağı qərara alıb. Lakin irlandiyalı forvard karyerasını bitirmək fikrində deyil. Hələlik yeni komandasının adını açıqlamaq istəməyib.

Qeyd edək ki, 36 yaşlı oyunçu son 6 mövsümü keçirdiyi “Los-Anceles Qalaksi” ilə 3 dəfə MLS liqasının qalibi olub.

Xəbər 856 dəfə oxundu.