Qaşım Maqomedov gümüş medala sahib oldu
Kanadanın Burnabı şəhərində gənc taekvondoçular arasında dünya birinciliyi davam edir.

Komandamızın aktivinə növbəti mükafatı Qaşım Maqomedov yazdırıb. 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz gümüş medala sahib olub.

Belə ki, Maqomedov ukraynalı Taras Malçenkonu (10:6), çinli Youhe Hunaqı (16:2), meksikalı Daniel Qonzales (0:0, aktivliyə görə), italiyalı Qabriel Kaulonu (8:7) və iranlı Əli Baserini (21:8) məğlub etməklə, finala yüksəlib. O, həlledici görüşdə Çan-Hu Yunqla (Cənubi Koreya) döyüşüb. Təəssüf ki, qarşılaşma həmyerlimiz üçün uğurlu alınmayıb. Qasım 0:12 hesabı ilə uduzaraq, ikinci yeri tutub.

Qeyd edək ki, Maqomedovdan öncə Ayaz Qəmbərli (45 kq) bürünc medala sahib olub.

Xəbər 631 dəfə oxundu.