Taekvondoçumuz Burnabıda bürünc medal qazandı
Kanadanın Burnabı şəhərində gənc taekvondoçular arasında dünya birinciliyi start götürüb.

45 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ayaz Qəmbərli Nikolas Delayeni (Qvadelupe) 14:0, Omar Şarakini (Misir) 7:1, Rabil Saqitjanovu (Qazaxıstan) 14:4 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. Lakin həmyerlimiz finala gedən yolda Çin Taypeyini təmsil edən Çanq Çenq-Çun səddini keçə bilməyib. O, gərgin keçən döyüşdə qızıl xalla uduzaraq, bürünc medalla kifayətlənib.

Qeyd edək ki, yarışa 102 ölkədən 846 taekvondçu qatılıb. Azərbaycan isə Kanadaya 14 idmançı ilə yollanıb.

Xəbər 621 dəfə oxundu.