Badminton üzrə “Makarova” beynəlxalq turniri keçirilib
27-30 oktyabr tarixlərində Ukraynanın Dnepropetrovsk şəhərində badminton üzrə “Makarova” beynəlxalq turniri baş tutub. Yarış iki yaş qrupu üzrə: 17 yaşadək (U - 17) və 15 yaşadək (U - 15) idmançılar arasında keçirilib. Ukrayna və Azərbaycan badmintonçuları iştirak edən çempionat 5 kateqoriya üzrə yarışları əhatə edib: fərdi kişilər, fərdi qadınlar, kişi və qadın cütlüklər, həmçinin qarışıq cütlüklər kateqoriyası. Turnirdə ölkəmizi 16 nəfərdən ibarət komanda təmsil edib. Azərbaycan idmançıları fərdi kişilər kateqoriyası üzrə yarışıblar.

Xəbər 1550 dəfə oxundu.