Futzal üzrə UEFA kubokunda elit-raundun təqvimi bəlli oldu
Futzal üzrə UEFA kubokunda elit-raundun təqvimi bəlli oldu.

Oyunları Xorvatiyada keçiriləcək B qrupunda çıxış edən Naxçıvan təmsilçisi ilk matçında meydan sahibləri ilə üz-üzə gələcək. “Nasional”la noyabrın 23-dəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Noyabrın 24-də isə komandamız turnirin əsas favoriti “Yuqra” ilə qarşılaşacaq. “Araz”ın ən asan rəqibi son turda olacaq. Təmsilçimiz Almaniya “Hamburq”unu sınağa çəkəcək.

Qeyd edək ki, qrupun bütün oyunları Zaqrebdəki İdman Evində keçiriləcək.

Xəbər 701 dəfə oxundu.