Boks üzrə Avropa çempionatına start verildi
Sofiyada qadın boksçular arasında Avropa çempionatına start verilib.

Noyabrın 15-də baş tutan mübarizədə rinqə ilk olaraq Anna Elimerdanova çıxıb.

54 kq çəki dərəcəsində mübarizə aparan xanım atletimizin ilk rəqibi belaruslu boksçu Helina Bruyeviç olub. 1/8 final döyüşündən qələbə ilə ayrılan Anna növbəti mərhələyə yüksəlib.

Xəbər 943 dəfə oxundu.