Tələbələr arasında voleybol üzrə respublika birinciliyinin qalibi müəyyənləşib
“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında respublika birinciliyi davam edir.

Təqvim planına şahmat, dama, stolüstü tennis, voleybol və basketbol daxildir.

Oğlanlar arasında voleybol üzrə yarış Azərbaycan Dəniz Kollecinin idman zalında keçirilib.

Bütün rəqiblərinə qalib gələn Azərbaycan Pedaqoji Kollecinin kollektivi birinci olub. Azərbaycan Dənizçilik Kollecinin təmsilçiləri ikinci, Bakı Dövlət Sosial İqtisad Kollecinin yetirmələri isə üçüncü pillədə qərarlaşıblar.

Xəbər 654 dəfə oxundu.