Maykl Onil qarşılaşma öncəsi heyətdə dəyişikliyə əl atdı
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini böyük hesabla (4:0) məğlub edən Şimali İrlandiya bu gün Xorvatiya ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Heyətdə dəyişiklik edən baş məşqçi Maykl Onil qarşılaşma öncəsi millimizlə qarşılaşmada iştirak edən Maykl Makqovern düşərgəni tərk edib. Onun yerinə isə Xorvatiya ilə görüş üçün Roy Kerrol yığmaya dəvət alıb.

Həmçinin Azərbaycanla oyundan öncə zədələnən Konor Vaşinqton da bugünkü qarşılaşmada iştirak edə bilməyəcək.

Qeyd edək ki, Şimali İrlandiya – Xorvatiya oyunu Belfast şəhərində baş tutacaq.

Xəbər 754 dəfə oxundu.