“Sumqayıt” futbol klubu yoxlama oyununda “İnter”ə qalib gəlib
Topaz Premyer Liqasının növbəti turunda “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” yoxlama oyunu keçirib.

Samir Abasovun rəhbərlik etdiyi komanda səfərdə “İnter” ilə qarşılaşıb. “İnter Arena” stadionunda keçən oyun 2:1 hesabı ilə sumqayıtlıların qələbəsi ilə başa çatıb. Komandadan qolları Amil Yunanov və Azər Salahlı vurub.

Xəbər 799 dəfə oxundu.