Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin dördüncü turunun ilk 10 matçı keçirilib
Futbol üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin dördüncü turu çərçivəsində noyabrın 11-də 10 oyun baş tutub.

Mərhələnin birinci günündə “C”, “E” və “F” qruplarında bütün matçlar, həmçinin “A” qrupunda bir qarşılaşma keçirilib.

Dünya çempionatının seçmə mərhələsinin dördüncü turunda aşağıdakı nəticələr qeydə alınıb:

“C” qrupu

Çexiya – Norveç – 2:1

San-Marino – Almaniya – 0:8

Şimali İrlandiya - Azərbaycan – 4:0

“E” qrupu

Ermənistan – Monteneqro – 3:2

Danimarka – Qazaxıstan – 4:1

Rumıniya – Polşa – 0:3

“F” qrupu

Slovakiya – Litva – 4:0

Malta – Sloveniya – 0:1

İngiltərə - Şotlandiya – 3:0

“A” qrupu

Fransa – İsveç – 2:1

Xəbər 773 dəfə oxundu.