Kolumbiyannın voleybolçu qızları ölkəmizə gəlirlər

Kolumbiya ilə bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq çərçivəsində, həmin ölkənin qızlardan ibarət uşaq voleybol komandası Azərbaycana gələcək.
Komanda noyabrın 14-də Bakıya gələcək və ayın 26-dək Azərbaycanda olacaq. Bu müddət ərzində Bakıda, Naxçıvanda, Gəncədə, Göy-göldə və Qəbələdə Azərbaycanlı həmyaşıdları ilə birgə təlm-məşq prosesində iştirak edəcəklər.
Kolumbiyalı qızlar noyabrın 19-da Naxçıvanda Muxtar Respublikanın yığma komandası ilə yoldaşlıq görüşü keçirəcəklər.
Səfər çərçivəsində qonaqlar ölkəmizin bir sıra tarixi və turizm məkanları ilə tanış olacaqlar.

Xəbər 845 dəfə oxundu.