İntizam Komitəsinin qərarları
8 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun X turunun “Şahdağ” – “Ağsu” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

Oyunun 85-ci dəqiqəsində “Şahdağ” klubunun 8 №-li futbolçusu İqrar Səmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

8 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun X turunun “Turan Tovuz” – “Şərurspor” matçının 44-cü dəqiqəsində “Şərurspor” klubunun 5 №-li futbolçusu Qadir Həşimli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

9 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun X turunun “Mil-Muğan” – MOİK matçında “Mil-Muğan” və MOİK klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40).

Xəbər 719 dəfə oxundu.