UEFA Bakıda AÇ-2020 hazırlığına başlayır
Noyabrın 15-də Bulvar Oteldə “Futbol matçları zamanı Təhlükəsizlik və Mühafizə məsələləri” üzrə seminar keçiriləcək. UEFA-nın rəhbərliyi altında keçirilərək seminar Bakıda 2020-ci ildə UEFA Avropa Çempionatının final mərhələsinin (EURO-2020) 4 oyunun keçirilməsinə hazırlıq məqsədi daşıyır.

Eyni zamanda, Klubların Lisenziyalaşdırılması qaydalarının tələblərinə əsasən, klublarda ixtisaslı təhlükəsizlik xidmətinin rəisi və azarkeşlərlə əlaqələndirici şəxslər çalışmalıdır və bu seminar qeyd olunan əməkdaşların maarifləndirilməsinə yönləndiriləcək.

Seminarda aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulub:

Beynəlxalq və daxili oyunlar zamanı stadionlarda təhlükəsizlik məsələlərinə cavabdeh olan Daxili İşlər Orqanlarının nümayəndələri

Premyer Liqa və I Divizion klublarının yuxarıda qeyd olunan əməkdaşları və fan klub nümayəndələri

AFFA və PFL nümayəndələri

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının Yerli Təşkilat Komitəsinin nümayəndələri

UEFA-nın Təhlükəsizlik departamentinin əməkdaşları olan Kenneth Scott, Marc Timmer və Frosdick Stephen seminar zamanı aşağıdakı mövzülar üzrə təqdimatlarla çıxış edəcəklər:

Təhlükəsizlik və mühafizə məsələlərinə UEFA-nın yanaşması və konsepsiyası

Bu məsələlərə aid milli strategiya və onun icra olunması

Müxtəlif orqanların və təşkilatların bu sahədə əməkdaşlığı

Stadionlarda təhlükəsizlik və mühafizə məsələləri üzrə məsul şəxslərin vəzifələri

Oyun zamanı fan klublarla işin təşkili və s.

Seminarın sonunda iştirakçıların tədbirdə iştirak etməkləri ilə bağlı sertifikat təqdim olunacaq.

Xəbər 776 dəfə oxundu.